“Türkiyə Silahlı Qüvvələri PKK-nın İraqdakı varlığına son qoymaq üçün Sincarda irimiqyaslı əməliyyatlara başlaya bilər”.
Teleqraf.com xəbər verir ki, bunu türk siyasi ekspert Taha Dağlı deyib.
Ekspert PKK terror təşkilatının İraqın şimalında 13 Türkiyə vətəndaşını qətlə yetirməsinə diqqət çəkib:
“Mağara qətliamının başqa nəticələri olacaq. Bundan sonra HDP-ni “PKK-nın siyasi qanadı” adlandırmağa ehtiyac yoxdur, HDP bu olayla PKK-nın özü olduğunu elan etdi. Mağara qətliamı 48 terrorçunun zərərsizləşdirilməsi ilə məhdudlaşmayacaq.
Daxili işlər naziri Süleyman Soylunun açıqlamaları maraqlıdır, yaxın zamanlarda terror təşkilatının leşləri gətiriləcək. Mağara qətliamı Türkiyədə bitmək nöqtəsinə çatan PKK-nın İraqdakı varlığının da xəbərçisidir. Qaradan sonra Sincar dağıdıcı əməliyyatların başlanacağı gözləniləndir”.