İran və Rusiya hərbi dəniz qüvvələrinin Hind okeanının şimalındakı birgə təlimləri bu gün başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı səfirliyinin attaşesi Maksim Suslov məlumat verib.
“Təlim bu gün başlayıb, bunu təsdiqləyirik”, - Suslov bildirib.
Bundan əvvəl İran ordusunun mətbuat xidməti manevrlərin fevralın 16-da başlayacağını bildirmişdi.
İrandan verilən məlumatına görə, Rusiya tərəfdən “Stoyki” korvet və “Kola” hərbi tankeri və hərbi helikopterlər manevrlərə cəlb ediləcək. Bundan başqa, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçilərinin də təlimlərdə iştirak edəcəyi bildirilib.
2019-cu il dekabr ayının sonunda Hindistan, Rusiya, İran, Çin və Omanın Körfəzdə dəniz təlimləri keçirilib. Manevrlər dörd gün davam edib.