Bir qrup iranlı sahibkar yaxın vaxtlarda investisiya imkanları ilə yerində tanış olmaq üçün Ermənistana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyi məlumat verib.
Məlumata görə, Ermənistanın Tehrandakı səfiri Artaşes Tumanyan İranın Xorasan vilayətinin Ticarət Palatasının sədri Səid Pur Abbadi və bölgənin bəzi işgüzar dairələrinin nümayəndələri ilə görüşüb.
Görüşdə İran tərəfi Ermənistanda ticarət fəaliyyətinin perspektivləri ilə maraqlanıb. Səfir ölkədəki ticarət mühitinin vəziyyəti barədə İran tərəfini məlumatlandırıb. Danışıqlardan sonra bir qrup sahibkar və Xorasan Ticarət Palatasının nümayəndələri üçün Ermənistana səfərin təşkil edilməsinə qərar verilib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyanın başçılıq etdiyi nümayəndə heyəti İrana səfər edib. Səfər çərçivəsində iki ölkə arasındakı 400 milyonluq ticarət həcminin qarşıdakı 6 ayda 1 milayard dollara çatdırılması barədə razılıq əldə olunub.