15 Fevral 2021 22:28
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremlin mətbuat katibi Dmitri Peskov “SpaceX” və “Tesla”nın qurucusu İlon Maskın Rusiya lideri Vladimir Putini getdikcə populyarlaşan “Clubhouse” sosial şəbəkəsində söhbətə çağırmasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Peskov təklifin maraqlı olduğunu, ancaq bunun məzmunu ilə tanış olmaları lazım olduğunu söyləyib.

“Hər şeydən əvvəl dəvətin məzmunu, nəyin təklif olunduğunu bilmək istəyirik. Bu səbəblə hər şeyi əvvəlcədən araşdıracağıq, daha sonra cavab verəcəyik”, - Kremlin sözçüsü bildirib.

Peskov Putinin birbaşa sosial şəbəkələrdən istifadə etmədiyini də vurğulayıb.

Qeyd edək ki, İlon Mask bundan əvvəl Vladimir Putini “Clubhouse” səsli sosial şəbəkəsində danışmağa dəvət edib.
“Sizinlə danışmaq böyük qürur olardı”, - Mask rus dilində deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər