15 Fevral 2021 23:39
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Entoni Blinken ilə telefonla danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Cavuşoğlu ABŞ-ın dövlət katibini yeni vəzifəyə təyin olunması ilə əlaqədar təbrik edib.

Nazirlər iki ölkə arasında əlaqələr, FETÖ, PKK/PYD mövzusu, terrorla mübarizə, “S-400” və bəzi regional məsələlər - Suriya, Şərqi Aralıq dənizi ilə bağlı müzakirələr aparıblar.

Çavuşoğlu ABŞ-ın PKK terrorçuları tərəfindən qətlə yetirilən 13 Türkiyə vətəndaşı ilə əlaqədar açıqlamasından narahatlığını ifadə edib.

Hər iki nazir yaxın gələcəkdə gündəmdə olan mövzuları daha ətraflı şəkildə müzakirə etmək üçün bir daha danışıqlar aparacaqlarını bildiriblər.

Qeyd edək ki, “CNN-Türk”ün Türkiyə XİN-in diplomatik nümayəndələrinə istinadla verdiyi məlumata görə, ABŞ Dövlət katibi 13 Türkiyə vətəndaşının qətlində PKK-nın məsuliyyət daşıdığını bildirərək, ölkəsinin öncə bu məsələ ilə bağlı verdiyi açıqlamadakı “əgər 13 Türkiyə vətəndaşının qətliamı doğru isə” ifadəsinə görə üzürxahlıq edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər