Böyük Britaniyanın Baş naziri Boris Conson Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) müraciət edib.
Teleqraf.com xəbər verir ki, Boris Conson ÜST-ü pandemiyanın səbəbini araşdırmağa çağırıb.
Baş nazir bildirib ki, COVID-19-un təhlükəsi hələ də pik həddə qalmaqdadır: "Belə davam edərsə, aprel ayında 50 yaşdan yuxarı hər kəsə vaksin vurulacaq. ÜST-ü hazırladığı hesabatlarında şəffaf olmağa dəvət edirəm. Pandemiyanın nədən yarandığını öyrənməliyik" - deyə Conson qeyd edib.