16 Fevral 2021 13:47
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraildə aparılan tədqiqatlar COVID-19 virusuna qarşı hazırlanan BioNTech peyvəndinin 94 faiz təsirli olduğunu təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, İsrail peyvəndin bütün yaş qruplarında təsirli olduğunu açıqlayıb.

Vaksinin xəstəliyi ağır keçirən şəxslərdə 100 faiz təsirli olduğu bildirilib.

İsrailli mütəxəssis Hagay Levine deyib ki, Pfizer peyvəndi xəstəliyin qarşısını almaq və xəstəliyi yüngül keçirmək baxımından bütün yaş qruplarında təsirlidir: “Karantin rejimi tədbirlərində dəyişiklik edilməsi üçün vaksinin təsirlərini daha çox araşdırmalıyıq. Bu məlumatlar hələlik kifayət qədər deyil”.

Qeyd edək ki, İsrail peyvəndləməyə başlayan ilk ölkələrdəndir və əhalisinin yarıdan çoxu peyvənd olunub.

Ölkədə ilk olaraq səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb.

Hazırda isə 16 yaşdan yuxarı şəxslər də peyvənd olunur.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər