16 Fevral 2021 18:57
1 727
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrədə Oxford-AstraZeneca peyvəndinin tətbiqinə qadağa qoyulub.

Teleqraf.com xəbər verir ki, İsveçrənin Sörmland və Evleborq bölgələrində Oxford-AstraZeneca vaksinindən istifadə qadağan edilib.

Sörmland bölgəsində bir gündə 400 tibb işçisindən 100-də peyvəndin əks-təsirləri müşahidə olunub.

Peyvəndin tətbiqi zamanı hərarətin olması adi hal sayılsa da, xeyli tibb işçisində temperaturun yüksəlməsi mütəxəssisləri narahat edib. Sörmland regionu üzrə səlahiyyətli nümayəndə Maqnus Cohanson bildirib ki, peyvəndləmə prosesi tədqiqat məqsədi ilə müvəqqəti olaraq dayandırılıb.

Bənzər hadisə Evleborq bölgəsində də müşahidə olunub. Burada da 100-ə yaxın tibb işçisində peyvəndin əks-təsirləri müşahidə olunub. Buranın tibbi nümayəndəsi Tina Mansson Söderlund bildirib ki, peyvənd olunanlarda titrəmə, bədən ağrıları, hərarət kimi əks təsirlər müşahidə olunub.

AstraZeneca peyvənd şirkətinin Skandinaviya bölgələrindəki tıbbi direktoru Andreas Heddini bildirib ki, peyvəndin yan təsirləri qeydə alınır və yaxından izlənilir: “Yan təsir göstəricisi gözlədiyimizdən artıq oldu. Peyvəndin etibarlılığı ilə bağlı hər məlumatı diqqətdə saxlayırıq. Peyvəndimiz hazırda dünyada milyonlarla insana tətbiq olunur. Aparılan sınaqlarda heç bir yan təsir müşahidə olunmamışdı”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər