16 Fevral 2021 16:43
3 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir ildən artıqdır ki, dünyanı cənginə alan COVID-19 virusuna yoluxma sayının azaldığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, COVID-19 virusu 110 milyona yaxın insana yoluxub, 2 400 000 insan həyatını itirib.

ÜST-ün baş direktoru Tedros Adhanom Gebreysus bildirib ki, yanvar ayının əvvəlində 5 milyon yoluxma faktı qeydə alınırdısa, son həftədə bu say 2,6 milyona qədər enib:

“Təhlükə davam etməkdədir. Əgər mübarizəni dayandırsaq, yoluxma halları yenidən artacaq”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər