17 Fevral 2021 01:16
1 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara Baş Prokurorluğu Hollandiyanın Nümayəndələr Palatasının üzvü Gert Vildersə qarşı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi üçün cinayət işi açıb.

Teleqraf.com xəbər verir ki, Hollandiyada anti-İslam mövqeyi ilə tanınan Vilders sosial şəbəkədə Ərdoğanı təhqir edərək, onu “terrorçu” adlandırıb. Bundan sonra Türkiyədən Hollandiyaya sərt şəkildə reaksiya verilib. Ankara Baş Prokurorluğu olayla əlaqədar istintaq başladıb.

Qeyd edək ki, holland siyasətçi 2018-ci ildə də Türkiyə və onun lideri haqda təhqiramiz ifadələrə yer vermişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər