Suriyadan Türkiyəyə keçməyə çalışan və aralarında İŞİD terror təşkilatının üzvləri olan 6 nəfər sərhəddə Türkiyə Silahlı Qüvvələri tərəfindən saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Hatay - Narlıcada xidmətdə olan hərbçilərimiz Suriyadan qeyri-qanuni yollarla ölkəmizə girməyə çalışan 5-i Rusiyadan, 1-i də Liviyadan olan 6 nəfər saxlanılıb”, - açıqlamada qeyd edilib.
Nazirlikdən bildirilib ki, saxlanılan Rusiya vətəndaşlarından biri qadındır. O, İŞİD üzvü olmaqla yanaşı, uzun müddətdir axtarılırdı.