17 Fevral 2021 14:00
1 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın cənubunda, Şimali Qafqazda hücuma hazırlaşan 19 radikal islamçı saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Xüsusi əməliyyatların Qaraçay-Çərkəz, Krasnodar və Rostovda keçirildiyini bildirilib.

Açıqlamada əməliyyatların Ukraynanın işğal edilmiş Krım bölgəsini əhatə etməsi də diqqət çəkib.

Qeyd edilib ki, həbs olunanlar öz teokratik dövlətini - xilafətini yaratmağa çalışan “Ət-Təkfir vəl-Hicra” təşkilatının üzvləridir. 19 nəfərdən 10-nu təşkilatçı, qalanları aktiv üzvlərdir:

“Həbs edilənlər ideologiyanı təbliğ etmək və yeni tərəfdarlar toplamaqla yanaşı, təşkilatın adından Şimali Qafqazda təxribat və terror aktları törətməyi planlaşdırıblar”.

Təhlükəsizlik qüvvələri axtarışlar zamanı çox sayda RPK və AKM pulemyotları, patronlar və əldəqayırma partlayıcı maddələr, həmçinin partlayıcılar yerləşdirilmiş “kamikadze kəmərləri” tapıblar.

Əməliyyatlardan sonra terror aktlarının təşkili və fəaliyyətində iştirakı ittihamı ilə cinayət işi açılıb.

Son on ildə Rusiyada 160-dan çox, 2020-ci ildə isə 20-dən artıq terror aktının qarşısı əvvəlcədən alınıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər