17 Fevral 2021 19:34
1 687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda bir nəfər COVID-19-a qarşı peyvənd olunduqdan 8 dəqiqə sonra dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, 85 yaşlı kişi peyvənd olunduqdan sonra xəstəxanada gözləyərkən anidən yerə yıxılıb. Həkimlərin müdaxilə etməsinə baxmayaraq, xəstə dünyasını dəyişib.

İlkin ehtimallara görə, şəxs peyvənd və allergik anafilaktik şok səbəbilə dünyasını dəyişib.

Bəzi həkimlər isə baş verən hadisəni ani ölüm və vaksinasiya anına təsadüf etdiyini hesab edirlər.

Qeyd edək ki, 27 dekbardan bəri Yunanıstanda 20 min nəfərdən artıq şəxs peyvənd olunub. Ölkədə Pfizer/BioNTech, Moderna ve AstraZeneca vaksinlərindən istifadə edilir. AstraZeneca peyvəndi yalnız 60-64 yaş arası şəxslərə vurulur.


Müəllif: Aysel Azad