17 Fevral 2021 23:14
1 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Sistan-Bəlucistan əyalətinin Nikşəhr şəhərində naməlum silahlı dəstə üzvlərinin hücumunda SEPAH üç hərbçisini itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə SEPAH-ın quru qoşunlarının “Qüds” qərargahından açıqlama verilib.

Məlumata görə, iranlı hərbçilər bölgədə reyd keçirərkən naməlum yaraqlıların hücumuna məruz qalıb. Hücumda 3 hərbçi həlak olub, 1-i yaralanıb. Atışma nəticəsində silahlılardan ikisi öldürülüb.

Hücumu həyata keçirənləri tutmaq üçün bölgədə axtarış əməliyyatına başlanılıb..

Qeyd edək ki, fevralın 16-da İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) 3 əməkdaşı Pakistanla sərhəddə yerləşən Sistan-Bəlucistan əyalətində baş verən qarşıdurma zamanı öldürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər