18 Fevral 2021 00:54
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir Prezidenti Əbdülfəttah əs-Sisi əhali sayının artması və sürətli artım problemindən danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Al-Ahram” məlumat yayıb. Misirdə 100 milyondan çox insan yaşayır; ölkədə hər il 2 milyon uşaq dünyaya gəlir.

“Hər ailədə ikidən çox uşağın olması böyük problemdir. Əhalinin sürətli artımının təhlükəli olduğunu hər kəsə çatdırmaq lazımdır”, - deyə Misir başçısı bildirib.

Doğum nisbətinə ciddi məhdudiyyətlər qoymaq planlaşdırılmır, ancaq əhali artımı mövcud resurslara uyğun olmalıdır.

“Əhalinin artması məsələsi nəzarət altına alınmayana qədər insanlar yaşayış şərtlərində heç bir irəliləyiş hiss etməyəcəklər”, - əs-Sisi xəbərdar edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər