18 Fevral 2021 10:19
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran prezidentinin köməkçisi Məhəmməd Nehavendiyanın ABŞ Prezidenti Co Bayden hökumətinə yaxın olan bəzi diplomatlarla “qeyri rəsmi” görüşdüyü iddia edilir.

Teleqraf.com xəbər verir ki, islahatçılara yaxınlığı ilə tanınan “zeitoons” səhifəsi Nehavendiyanın rəhbərlik etdiyi İran heyəti ilə Baydenə yaxın olan bəzi şəxslərin bir araya gələrək müzakirələr apardığını bəyan edib.

İddiyaya görə görüş Nehavendiyanın ABŞ-da universitetdə oxuduğu dövrdə dost və yaxınlarının vasitəsilə keçirilib.

Prezident Ruhaninin təlimatı ilə keçirilən görüşlərdə irəliləmə əldə olunduğu, Xarici işlər naziri Cavad Zərifə bununla bağlı geniş məlumat verildiyi, lakin Zərifin bu görüşlərə qarşı olduğu da qeyd edilib.

Xəbərdə ayrıca olaraq Prezident Ruhaninin Cavad Zəriflə görüşünün detalları haqqında məlumat verilməməsinin səbəbi kimi Zərifin son illər Ali Dini lider Xameneyinin yanında olması göstərilib.

Ancaq bəzi analitiklər bəhs edilən görüşün Xameneyidən və Cavad Zərifdən xəbərsiz olmasının mümkünsüzlüyünü irəli sürürlər.

Bəzi ekspertlər isə bu görüşün Zərifin aparacağı müzakirələrə hazırlıq kimi qiymətləndirirlər.


Müəllif: Nemət

Oxşar xəbərlər