Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov uşaq vaxtı futbola olan həvəsindən danışıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə İnstaqram hesabında yazıb.
“Uşaqlığımdan futbolu sevirəm və həmişə futbolçu olmağı arzulayırdım. Amma Dağıstanda anadan oldum və orada bilirsiniz ki, prioritet nədir. Kim bilir, bəlkə də Ronaldo Dağıstanda doğulsaydı, o da UFC çempionu olardı. Ümumiyyətlə, demək istəyirəm ki, futbol bir idman növüdür. Fikrimcə, təsadüfən döyüşçü oldum. Təsadüfən yox... Zarafat etdim”, - Həbib qeyd edib.
Həbib Nurməhəmmədov ötən gün Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona” (İspaniya) və “Paris Sen-Jermen” arasında baş tutan oyunda iştirak edib. O, parisliləri dəstəkləyib.