ABŞ prezidenti Barak Obama, Ebola xəstəliyinə qalib gələn tibb bacısı Nina Phamı Ağ Evdə qarşılayıb.
Teleqraf.com xəbər verir ki, Obamanın xanım ilə qucaqlaşması diqqətdən yayınmayıb. Ağ Ev sözçüsü Coş Earnest sözlərinə görə, görüşdə Obama Phama göstərdiyi xidmətlərinə görə təşəkkür edib. Pham isə Obama ilə bir araya gəlməyin özü üçün bir şans olduğunu bildirib.
Mətbuat nümayəndələri isə Obamanın Pham ilə görüşünün bağlı şəraitdə keçməsini və yalnız foto çəkilişinə icazə verilməsini tənqid edib.
Qeyd edək ki, Pham Dallasda Ebola səbəbi ilə həyatını itirən Tomas Erik Daneken müalicə işi zamanı virusa yoluxub.
Samir