ABŞ hərbi silah-sursatı Ərbildəki bazasına gətirir. Burada onlar şirkətlərə aid yük avtomobillərinə yüklənir. TIR-lar PKK terror təşkilatının nəzarət etdiyi Peşhabur (Semelka) sərhəd qapısından Suriyaya daxil olur. Qamışlıdan Hasekeyə gedən silahlar YPG-yə çatdırılır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Baş Qərargahının sabiq kəşfiyyat başçısı, general İsmail Hakkı Pekin deyib.
Suriyada bəzi hədəflərin vurulduğuna diqqət çəkən general hesab edir ki, Türkiyə də prosesə bu baxımdan yanaşa bilər:
“Terrorla mübarizə aparırıq. İsrail İrana, İraqa və Livana hücum edir. Təyyarə qaldırıb İranın hədəflərini, yük daşıyan avtomobillərini, anbarlarını vurur. Türkiyə də bunu edə bilər. Çünki terrorla mübarizə aparırıq. PKK/YPG-nin Türkiyəyə hücumlar etdiyini dünya bilir. İsrail onun üçün təhdidi harada görürsə vurur. Biz də həmin silah daşıyan TIR-ları vurmalıyıq”.