18 Fevral 2021 15:16
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa hökuməti 1994-cü ildə Ruanda hökumətinin tutsi xalqına qarşı soyqırımında iştirakçı olan nümayəndələrini ölkədən çıxmağa kömək etmək üçün əmr verib.

Axar.az xəbər verir ki, bu məlumat Fransa Milli Tədqiqatlar Mərkəzinin Tədqiqatlar Şöbəsinin keçmiş rəhbəri Fransua Qranyenin “Anadolu” agentliyinə təqdim etdiyi diplomatik yazışmalarda yer alıb. Məlumata görə, Fransa Prezidenti Fransua Mitteranın dövründə Xarici Təhlükəsizlik Məsələləri Baş İdarəsinin direktoru və Fransa xarici işlər nazirinin keçmiş müşaviri olan Bernar Emye 15 iyul 1994-cü ildə Fransanın Ruandadakı nümayəndəliyinin rəhbəri Yannik Jerara məxfi diplomatik məktub göndərib.

Qranye Fransanın Ruanda genosidinin iştirakçılarının qaçırılmasında rolunun olduğunun əvvəllər də bilinməsinə rəğmən, indiyə qədər ölkənin belə cinayətdə iştirakını faktiki təsdiqləyən bu cür məktubun ilk dəfə aşkarlandığını bildirib. Tədqiqatçı Ruanda qatillərinin qaçışının təşkili haqqında qərarın müəllifinin əslində Emye yox, Fransa xarici işlər naziri Alen Jüppe olduğunu deyib. Onun sözlərinə görə, bununla Fransa dünyada milyonlarla ruandalının ölümündə günahkar olan hökumətə dəstək verən yeganə ölkə olub:

“Ruanda hakimiyyətinin iki nümayəndəsi 1994-cü ilin aprelində Fransa Xarici İşlər Nazirliyi və Yelisey sarayında görüş keçirib. Fransanın Ruandadakı nümayəndəsi Yannik Jerar soyqırımda iştirak edənlərin saxlanmasını istəyirdi, amma XİN-in təlimatına əsasən hərəkət etmək məcburiyyətində qalmışdı. Jerar Ruandanın qapalı sərhədlərini açdı və hətta cinayətkarların Afrika ölkələrinin sərhədlərinə qədər müşayiətini təşkil etdi. Söhbət 14 hökumət üzvü və şəxsən baş nazirdən gedirdi”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər