18 Fevral 2021 15:58
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah hakim Gürcü Arzusu Partiyasının Siyasi Şurası Georgi Qaxariyanın hökumət başçısı vəzifəsindən istefa verməsindən sonra baş nazir postuna bir namizəd irəli sürməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu partiya sədri İrakli Kobaxidze deyib.

“Yeni hökumətə gəldikdə, ehtimal ki, sabah Siyasi Şura toplanacaq və baş nazir namizədinin adını açıqlayacaq”, - Kobaxidze bildirib.

Kobaxidze Qaxariyanın istefasını şərh edərkən, onun komandanın üzvü olduğunu və belə bir qərar verməsinin təəssüf doğurduğunu söyləyib.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan Baş naziri Georgi Qaxariya tutduğu postdan istefa verdiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər