18 Fevral 2021 18:40
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Kreml ABŞ ilə Almaniyanın “Şimal Axını-2” təbii qaz boru xətti layihəsi ilə bağlı müzakirələr apardığı iddiasına sərt reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Kremlin sözçüsü bu iddianı qiymətləndirərkən Vaşinqtona məsləhət görüb ki, “Şimal Axını-2” layihəsinin əvəzinə Texas ştatında yaranan elektrik və digər problemlərlə maraqlansın.

ABŞ və Almaniya arasında “Şimal Axını-2” layihəsinə dair müzakirələrin aparılması haqda informasiyanın olmadığına diqqət çəkən Dmitri Peskov bildirib ki, müzakirələr haqqında heç nə bilmirlər: “Almaniyadakı həmkarlarımızın bu layihəni başa çatdırmaq istəyinə dair açıqlamalarını qəbul edirik”.

“Şimal Axını 2” layihəsinin uğurlu proyekt olduğuna işarət edən Peskov deyib ki, layihənin ABŞ-ın enerji təhlükəsizliyi ilə heç bir əlaqəsi yoxdur: “Amerikalı həmkarlarımızın “Şimal Axını-2” layihəsinə əvəzinə Texasda yaranan istilik və elektriklə bağlı problemlərlə mşğul olmasının daha effektiv olar”.


Müəllif: Cavad

Oxşar xəbərlər