19 Fevral 2021 10:26
1 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk ordusunun Qara əməliyyatı və yaranan böhrandan sonra ABŞ Suriyanın şimal şərqində yeni addım atır.

Teleqraf.com xəbər verir ki, Türkiyə ilə münasibətlərdə böhran yaşayan ABŞ bu dəfə Suriyanın şimal şərqindəki sərhəd xəttində yerləşən bir kənddə YPG terrorçuları ilə birlikdə yeni baza qurmağa hazırlaşır.

Suriyanın Haseke vilayətinin Malikiye məntəqəsində qurulacaq baza haqqında “Şarkul Avast” qəzeti məlumat yayıb. Qəzet mənbəsi Suriya İnsan Haqları Təşkilatıdır.

İraqın şimalından Suriyaya daxil olan yük avtomobillərinin görüntülərini yayan Suriya İnsan Haqları Təşkiları Ayn Divar kəndində inşa olunacaq baza üçün ilkin mərhələdə zirehli nəqliyyat vasitələrinin də olduğu 50 avtomobil gətirildiyini açıqlayıb.

Türkiyə sərhədində qurulacaq bazanın Ərbildəki hava bazasına tabe olacağı ehtimal olunur.

ABŞ-ın YPG ilə əməkdaşlıq içərisində quracağı baza Şırnakın Cizre qəsəbəsinin qarşısında yerləşəcək. Suriyanın şərqində yerləşən Ayn Divar kəndi isə Türkiyə sərhədinin 600 metrliyindədir.

Suriya İnsan Haqları Təşkiları ABŞ helikopterlərinin Ayn Divar çevrəsində uçduğunu bildirib. ABŞ-ın bu bazada dronlardan istifadə ediləcəyi də qeyd edilir.

Qeyd edək ki, ABŞ-ın 2015-ci ildən bu yana YPG terrorçuları ilə birlikdə hərəkət etməsi, bu terror şəbəkəsinə minlərlə yük avtomobili silah yardımı etməsi hazırda Vaşinqton-Ankara arasında ən ciddi problemdir. Sonuncu dəfə Pentaqonun sözçüsü Cohn Kirby YPG ilə əməkdaşlığı davam etdirəcəklərini elan edib.

YPG hazırda Suriya Demokratik Gücləri (SDF) adından istifadə edir. ABŞ isə son 6 ildir ki, Suriyanın şimalında əməliyyatlarda iştirak edən YPG terrorçularına maaş ödəyir.

Anadolu Agentliyi Malikiyedə ABŞ əsgərləri ilə YPG terrorçuların birlikdə patrul xidməti aparmasını görüntüləmişdi.


Müəllif: Nemət

Oxşar xəbərlər