20 Fevral 2021 00:26
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da bir həftədir davam edən soyuq hava 58 nəfərin həyatına son qoyub.

Teleqraf.com xəbər verir ki, Texas ştatı başda olmaqla, ölkənin böyük hissəsini təsiri altına alan şiddətli qar və buzlaşma əlverişsiz vəziyyət yaradıb.

Şiddətli soyuqlar nəticəsində və buzlaşmanın səbəb olduğu qəzalarda ən azı 58 nəfərin öldüyü bildirilir.

Qeyd edilib ki, şiddətli soyuqlar səbəbindən azı altı nəfər evində donmuş halda aşkarlanıb. Maşınında isinmək istəyən çox sayda insan isə zəhərlənib, bəziləri isə evində isinməyə çalışarkən çıxan yanğınlarda həyatını itirib.

ABŞ Milli Meteorologiya Xidməti Texasda həftəsonu temperaturun mənfi 18-dən 10 dərəcəyədək yüksələcəyini, ancaq yenidən mənfiyə düşəcəyini proqnozlaşdırır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər