Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın Texas əyalətini vuran şaxtalı hava səbəbindən elektrik enerjisi çatışmazlığından əziyyət çəkən Meksikaya təbii qaz tədarük etməyi təklif etdi.
Teleqraf.com xəbər verir ki, Maduro dövlət neft şirkəti PDVSA-nın Meksikadakı dövlət şirkəti Pemex ilə "Strateji İttifaq" müqaviləsi bağlaya biləcəyini bildirib.
Maduro Meksika prezidenti Andres Manuel Lopez Obradorun bu problemi həll etmək üçün çox səy göstərdiyinə diqqət çəkib: “Texasdakı qar yağışı səbəbiylə Meksikada yaşayan insanlar çətin vəziyyətdə qalıblar. Meksika üçün təhlükəsiz bir təbii qaz tədarükçüsü ola bilərik”.
Qeyd edək ki, Texasdakı elektrik istehsalında yaranan fasilə səbəbiylə Meksikanın 12 əyalətində yaşayan milyonlarla insan işıqsız qalıb.