20 Fevral 2021 10:11
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı Andrey Tarana Rusiya təcavüzünə qarşı mübarizədə kömək vəd edib.

Teleqraf.com xəbər verir ki, bu bardədə ABŞ Müdaiə Nazirliyi məlumat yayıb.

Pentaqon rəhbəri Vaşinqtonun Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməyə davam etdiyini vurğulayıb.

“O, ABŞ-ın Rusiya təcavüzünə qarşı daha effektiv müdafiə üçün Ukrayna qüvvələrinin potensialını inkişaf etdirmək öhdəliyini təsdiqləyib”, – deyə məlumatda qeyd olunur.

Ostin, həmçinin həmkarına müdafiə sektorunda islahatlara ehtiyac olduğunu da vurğulayıb.

Andrey Taran öz növbəsində ABŞ Müdafiə Nazirliyinin dəstəyinə görə Pentaqon rəhbərinə təşəkkür edib.

“Nazir Taran ABŞ-ın davamlı dəstəyinə görə minnətdarlığını bildirdi və Ukraynanın müdafiə sektorunun NATO prinsipləri və standartlarına uyğun transformasiyasına dair öhdəliyini təsdiqləyib”, – deyə Pentaqonun məlumatında qeyd olunur.


Müəllif: Səxavət

Oxşar xəbərlər