20 Fevral 2021 10:39
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan müxalifəti bu gün mitinq çağırıb. Siyasi rəhbərlik narahatlığını gizlətmək istəsə də, əslində bu, yalnız örtükdür. Nikol Paşinyana mitinqə çox sayda iştirakçının qatılacağı barədə məlumat verilib.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanda nəşr olunan “Past” qəzeti yazıb.

“Hökumətdəki mənbəyimizə görə, əyalət rəhbərlərinə insanların meydanalara çıxmasının qarşısını almaq əmr edilib. Bənzər bir təlimat da hüquq mühafizə orqanlarına ünvanlanıb”, nəşr bildirib.

Qəzet mitinqin qarşısını almaq üçün təxribatlara əl atılacağını, qarşıdurmaların baş verəcəyini də istisna etməyib.

Qeyd edək ki, Ermənistan müxalifəti ötən gün İrəvanda hakimiyyət əleyhinə mitinq keçirəcəyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər