İraq Kürdüstan Regional Rəhbərliyi kürd qüvvələrinin Kobaniyə keçəcyi vaxtı açıqlayıb.
Teleqraf.com xəbər verir ki, yayılan məlumatlarda Türkiyədən 150 nəfərlik kürd dəstəsi sabah ilk dəfə Kobaniyə gedəcək.
Ordunun Kürdüstan Vətənpərvərlər İttifaqı və Kürdüstan Demorkat Partiyası qüvvələri tərəfindın yaradıldığı qeyd olunur. Regional rəhbərlikdən verilən məlumata görə, Kobaniyə gedən kürdlərin adı artıq Türkiyə və ABŞ hakimiyyətinə bildirilib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verdiyi açıqlamada Azad Suriya Ordusunun 1.300 nəfərin Kobaniyə getməsi məsələsində Kürdüstan rəhbərliyi ilə razılaşdıqlarını deyib. Kürdlər isə belə bir razılaşmanın hələ baş tutmadığını və danışıqların davam etdiyini qeyd edib.
Samir