20 Fevral 2021 21:36
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da qar və soyuğun ən çox təsir etdiyi Texas əyalətində vəziyyət getdikcə pisləşir.

Teleqraf.com xəbər verir ki, Texasda marketlər talan edilib, ərzaq və təmiz su qıtlığı yaranmağa başlayıb.

Ən az 47 nəfərin öldüyü əyalətdə səlahiyyətlilər 14.9 milyon insanın təmiz su tapmaqda çətinlik çəkdiyini açıqlayıb.

Yerli xeyriyyə təşkilatları insanlara ərzaq yardımı paylamağa başlayıb. Vətəndaşlar evlərinə vedrə ilə su daşımağa başlayıb.

Meteoroloqların fikrincə, soyuq hava Arktikadan gələn güclü siklonla əlaqədardır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər