20 Fevral 2021 16:58
3 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya dövlət silah ixracatı agentliyi “Rosoboronexport”un prezidenti Aleksandr Mixeyev Türkiyəyə əlavə “S-400” hava müdafiə sistemlərinin tədarükü üçün aparılan danışıqlar davam edir.

Teleqraf.com xəbər verir ki, o, iki ölkə arasında məsələ ilə əlaqədar danışıqların dayandırılmasına dair iddiaya aydınlıq gətirib.

“S-400”-lərin tədarükündə fasilənin verilməsi müzakirə mövzusu deyil”, - Mixeyev bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan və müdafiə naziri Hulusi Akar bundan əvvəlki açıqlamalarında “S-400”-lərin ikinci partiyasının göndərilməsinin reallaşa biləcəyini və bu yöndə danışıqların davam etdiyini bildirmişdilər.

Türkiyə Rusiyadan 4 “S-400” sistemini 2.5 milyard dollara satın alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər