Bağdadın şimalında yerləşən NATO hərbçilərinin olduğu Balad hərbi bazasının raket hücumuna məruz qalması nəticəsində ən azı bir nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, hücum zamanı ən az üç raketin atıldığı bildirilir. Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.
Xatırladaq ki, fevralın 14-də İraqın Ərbil şəhərinin hava limanının ərazisi raket atəşinə tutulub. Hava limanının ərazisinə azı 3 raket buraxılıb. İnsident nəticəsində bir neçə açerikan mütəxəssisi və əskəri xəsarət alıblar. Raket hücumunun hədəfi ABŞ Hərbi Hava Qüvvələrinin bazası olub.