ABŞ-ın Kolorado əyalətində havaya qalxdıqdan dərhal sonra təyyarədə nasazlıq qeydə alınıb. “United Airlines” şirkətinə məxsus təyyarə təcili olaraq hava limanına eniş edib.
Teleqraf.com xəbər verir ki, Denver Beynəlxalq Hava Limanından Honoluluya qalxan Boeing 777 tipli təyyarənin bir neçə dəqiqə içində mühərriki nasaz olub. Kiçik miqyaslı qəzada xəsarət alan olmayıb.
Qəza nəticəsində təyyarənin qopan bir çox hissəsi hava limanından təxminən 50 kilometr məsafədə yerləşən evlərin həyətonə və bəzi boş ərazilərə düşüb.
Federal Aviasiya İdarəsi (FAA) tərəfindən verilən açıqlamaya görə, sağ mühərriki sıradan çıxdıqdan sonra təyyarə təhlükəsiz bir şəkildə hava limanına qayıdıb. FAA qəza barəsində geniş araşdırma aparacaq.