21 Fevral 2021 18:56
2 711
12 Punto 14 Punto 16 Punto 18 Punto

“PKK terror təşkilatm və İran tərəfindən dəstəklənən Həşd əş-Şabi Türkiyəyə qarşı anlaşıb”.

Teleqraf.com “Türkiyə” qəzetinə istinadən xəbər verir ki, bunu Şimali İraq Regional Muxtariyyətinin deputatı Azəd Kürəçi deyib.

Türk ordusunun Qaradakı əməliyyatlarından əvvəl Kətaib Hizbullah, Hərəkat ən-Nücəba, Əsaəb Əhllül Haqq kimi Həşd əş-Şabiyə bağlı qruplar Sincarda bir araya gəlib. PKK nümayəndələri görüşə sonradan daxil olub.

Azad Kürəçi tərəflərin görüşdə İraqda antiterror əməliyyatlarına başlayan Türkiyəyə qarşı anlaşma əldə etdiklərini iddia edib. O, Həşd əş-Şabi və PKK-nın Türkiyənin İraqdakı hərbi və mülki mövqelərinə qarşı birgə hücumla bağlı qərar verdiyini bildirib.

O, bir neçə gün əvvəl Ərbil hava limanına atılan raketlərin İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus olduğunu deyib: “Olayın məsuliyyətini Həşd əş-Şabinin bazasında qurulan Saraya Övliya əd-Dəm adlı təşkilat üzərinə götürüb. Hücumun PKK və Həşd əş-Şabi ilə birlikdə hazırlanması haqda ciddi məlumatlar var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər