25 Oktyabr 2014 21:25
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürd özünümüdafiə qüvvələri Türkiyəylə sərhəddə yerləşən Suriya şəhəri Kobanini İŞİD-dən azad etmək üçün əks-hücuma keçiblər. Son məlumatlara görə, peşmərgələr şəhərin bir hissəsini İŞİD döyüşçülərindən azad etməyə müvəffəq olublar. Kobani Suriyanın paytaxtı Dəməşqdən 532 kilometr məsafədədir.

Teleqraf.com-un İTAR TASS-a istinadən məlumatına görə, xəbəri Kürd Demokrat Partiyasının nümayəndəsi Polad Can da təsdiqləyib. O, bildirib ki, şəhərdə özünümüdafiə qüvvələri ilə İŞİD yaraqlıları arasında şiddətli döyüşlər davam edir.

Şəhərdən cənuba və şərqə doğru Xalanc, Şeyran və Kenetqar kəndləri də artıq azad edilib. Kürdlər Beşta hündürlüklərində İŞİD döyüşçülərini təqib edirlər.

ABŞ-ın Hərbi Hava Qüvvələri və onların müttəfiqləri həmin vaxtda Kobanidə İŞİD-in mövqelərinə növbəti hava zərbələri endirib . "Al-Mayadin" telekanalının məlumatına görə, koalisiya qüvvələri bu gün Kobani üzərində azı 6 dəfə hava hücumu həyata keçiriblər.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər