İlk dəfə 1999-cu ildə Malayziyada aşkarlanan Nipah və ya NiV virusu qripə, eləcə də koronavirusa bənzər simptomlara malikdir.
Teleqraf.сom xəbər verir ki, bu barədə "Komsomolskaya pravda" yazıb.
Nipah virusunun əlamətlərinin qızdırma, boğaz ağrısı, baş ağrısı, əzələ ağrısı, ürək bulanması olduğu ortaya çıxıb. Virus ən çox ağ ciyər və beyinə təsir göstərir. Xəstələrdə başgicəllənmə və şüur qarışıqlığı yaranır. Bundan əlavə, kəskin ensefalit inkişaf edə bilər.
İnfeksiyanın inkubasiya müddəti 4 ilə 45 gün arasındadır. Xəstəliyin müalicəsi üçün vaksin və ya virusa qarşı dərman yoxdur. Bundan əlavə, virus COVID-19 ilə müqayisədə daha ölümcüldür.