22 Fevral 2021 09:52
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Donald Trampın prezidentliyi dövründə - 2020-ci ilin 28 yanvarında İsraillə imzalanan “Yüz ilin anlaşması” adlı sənəd Bayden administrasiyası tərəfindən ləğv olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafaq” nəşri məlumat yayıb.

Xatırladaq ki, “Yüz ilin anlaşması” adlı sənədə görə, fələstinlilər İsraili dövlət kimi tanımaları şərti ilə bəzi iqtisadi qazanclar əldə edəcəkdi. Fələstin tərəfinə vəd edilən dövlətin isə tamamilə İsrailin nəzarəti altında mövcud olması gözlənilirdi. “Ordusuz və silahsız bir Fələstin” məqsədi ilə hazırlanan planda Qüds İsrailin paytaxtı hesab olunur, Fələstinə isə paytaxt kimi Əbu Dis qəsəbəsi təklif edilirdi.

Co Baydenin yeni ABŞ prezidenti seçilməsindən sonra gözlər “Yüz ilin anlaşması” adlı sənədin taleyinə çevrilib.

Trampdan fərqli olaraq Baydenin ərəb ictimaiyyətini sakitləşdirmək məqsədilə “Yüz ilin anlaşması” sənədini həyata keçirməyəcəyi bəllidir. Ancaq Fələstin böhranı ilə bağlı Bayden və komandasının konkret həll planı da yoxdur.

ABŞ-ın yeni dövlət katibi Blinken artıq iki dövlətli həll planını dəstəklədiyini, amma problemin həllinin asan olmadığını qeyd edib. Bu, sözsüz ki, Fələstinin qanuni tələblərinin yerinə yetiriləcəyi anlamını da vermir.


Müəllif: Cavad

Oxşar xəbərlər