22 Fevral 2021 11:27
2 752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin rəisinin köməkçisi Aleksey Frolkin “S-400” hava müdafiə sistemlərinin Türkiyə ilə birgə istehsalı ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Frolkin Ankara ilə hərbi-texniki əməkdaşlığın müxtəlif sahələrində danışıqların davam etdiyini bildirib.

Müdafiə sistemlərinin birgə istehsalına dair verilən suala xidmət yetkilisi belə cavab verib: “Türkiyədən olan tərəfdaşlarımızla daima təmasdayıq, hərbi-texniki əməkdaşlığın müxtəlif sahələri üzərində işimizi davam etdiririk”.

Rusiya Türkiyəyə imzalanmış müqavilələr daxilində dörd “S-400” batareyası təslim edib. Razılaşmanın dəyərinin 2.5 milyard dollar olduğu açıqlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər