25 Oktyabr 2014 23:15
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada paytaxtının mərkəzində milli parlamentin ərazisi turistlərin və şəhər sakinlərinin ictimai girişi üçün yenidən açılıb.

Teleqraf.com-un İTAR TASS agentliyinə istinadən məlumatına görə, parlamentin mühafizəsi əhəmiyyətli dərəcədə gücləndirilib. Bütün keçidlərdə və qapılarda mühafizəçilərin sayı artırılıb.

Bazar ertəsindən Ottavada turistlər də parlament binalarını yenidən daha yaxından müşahidə edə, görə biləcəklər. Xarici qonaqların parlamentə ekskursiya turları da yenilənib.

Xatırladaq ki, 2 gün əvvəl Kanada parlamenrtinə silahlı qrupun basqını qeydə alınmışdı. Mühafizəçilərdən biri aldığı yaralardan hadisə yerində keçinmişdi.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər