23 Fevral 12:33
1 234

Rusiya Fövqəladə Hallar Nazirliyi Dağlıq Qarabağa daha bir humanitar yardım partiyası çatdıracaq.

Teleqraf.com xəbər verir ki, Qarabağdakı separatçılara yardım aparan yük maşınları bu gün İrəvanın yaxınlığında yerləşən Rusiya-Ermənistan Humanitar Yardım Mərkəzindən yola düşüb.

Məlumatda qeyd edilib ki, Xankəndindəki separatçı rejimin tələbinə uyğun olaraq Qarabağdakı yaşayış binalarının və sosial obyektlərin bərpası üçün lazım olan tikinti materiallarının siyahısı hazırlanıb.

50 tonluq yükə dam örtük, taxta və digər avadanlıqların daxil olduğu iddia edilib. 6 yük maşını fevralın 24-də Xankəndinə çatacaq.


Müəllif: Mənsur Rəğbətoğlu