ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığı Suriya və İraqda terror təşkilatı IŞİD-in mövqelərinə 23 yeni hava hücumu təşkil edildiyini bildirib.
Teleqraf.com-un “TRT Haber”ə istinadən məlumatına görə, CENTCOM-dan verilən açıqlamada ABŞ hərbi qüvvələrinin dünən və bu gün Suriyadakı IŞİD döyüşçülərinə qarşı 1 hava hücumu təşkil olunub.
Bununla yanaşı, ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələri İŞİD-in İraqdakı hədəflərinə daha 22 hava hücumu təşkil ediblər.
Hücumlar nəticəsində İŞİD-in 16 döyüşçüsü öldürülüb, 4 nəfər isə yaralanıb. Bombardıman nəticəsində İŞİD-ə məxsus xeyli texnika və hərbi sursat sıradan çıxarılıb.
Nail Cəlil