BMT Kiprdə tərəfləri və qarantyor ölkələr olan Türkiyə, Yunanıstan və İngiltərəni 27-29 apreldə Cenevrədə bir araya gətirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stepan Dujarrik bildirib.
Sözçü qeyd edib ki, BMT baş katibi 27-29 aprel tarixləri arasında Cenevrədə Kipr problemi ilə bağlı qeyri-rəsmi olaraq 5+1 formatında görüş planlaşdırır. Toplantının məqsədi Kipr probleminin yaxın gələcəkdə həll yolunu tapmaq üçün tərəflərin ortaq şəkildə görüşüb-görüşməyəcəyini müəyyən etməkdir.