Bəşər Əsəd ordusu Türkiyə və silahlı müxalifətlərin nəzarətindəki İdlibdə hərbi əməliyyatlara hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə suriyalı jurnalist Hüseyn Mürtədə açıqlama verib.
O, yaxın günlərdə Suriya ordusunun generalı Elias Fərhadla görüşdüyünü bildirib: “General mənə İdlibi geri almaq üçün hərbi əməliyyata hazırlaşdıqlarını dedi”.
Jurnalist belə bir durumun Türkiyə ilə hərbi qarşıdurmanı şərtləndirə biləcəyinə də diqqət çəkib.