Ukraynanın Donetsk vilayətində seçicilərin cəmi 42% seçici səs verə biləcək. Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Yerli vaxtla saat 11.30-a olan məlumata görə, Donetsk ərazisində 12 seçki dairəsində 1145 məntəqə seçki komissiyasından 1058-i işləyir, bu da 92,4% təşkil edir. Bu dairələrdə 1464 seçki məntəqəsi tam fəaliyyət göstərir.
MSK-ın məlumatına görə, Donetsk ərazisində seçicilərin ümumi miqdarı 3 milyon 368 min 242 insan təşkil edir. Lakin açılmış məntəqələrdə yalnız 1 milyon 416 min 142 seçici səs verə biləcək. Beləliklə, Donetsk ərazisində seçicilərin yalnız 42 % -nin seçkidə iştirak imkanı var.
Nail Cəlil