Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, telefon danışığı zamanı Ermənistandakı vəziyyət müzakirə olunub.
Vladimir Putin Ermənistanda asayişin və əmin-amanlığın qorunması, vəziyyətin qanunlar çərçivəsində həllinin lehinə danışıb.
Rusiya dövlətinin başçısı bütün tərəfləri təmkinli olmağa çağırıb.