““İsgəndər” raket komplesklərindən heç biri Dağlıq Qarabağ münaqişəsi vaxtı tətbiq olunmayıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
“Bizdə olan obyektiv və etibarlı məlumatlara görə, o cümlədən obyektiv nəzarət sisteminin təsdiqlədiyi məlumatlara görə, Dağlıq Qarabağ münaqişəsi zamanı heç bir “İsgəndər" raket kompleksi tətbiq olunmayıb”, deyə vurğulanıb.
Rusiya MN-dən bildirib ki, raketlər hamısı Ermənistan Silahlı Qüvvələrinin anbarlandadır.