NATO Ermənistanda baş verən siyasi hadisələr fonunda tərəfləri demokratiyaya sadiqliyə çağırıb.
Teleqraf.com xəbər verir ki, alyans Ermənistanda müxalifətin Baş nazir Nikol Paşinyanın istefasını istəməsindən sonrakı prosesləri yaxından izlədiyini bildirib.
NATO sözçüsü Oana Lunkesku tərəfləri gərginliyi artıran açıqlama və davranışlardan çəkinməyə səsləyib:
“Siyasi müxtəlifliklər sülhpərvər yollarla və Ermənistan konstitusiyasına uyğun şəkildə, demokratiya yolu ilə həllini tapmalıdır”.