5 May 2014 12:45
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aralıq dənizinin Antalya sahillərində Rixter şkalasına görə 4.4 bal gücündə zəlzələ baş verib. Teleqraf.com-un Türkiyə mətbuatına istinadən yaydığı xəbərdə deyilir ki, zəlzələ yerli vaxtla 08:05-də baş verib.

Yer təkanlarının episentrinin yerin 90,6 kilometr dərinliyində olduğu bildirilir. Zəlzələ Antalyada yüngül hiss edilib.

Boğaziçi Universitetinin Qandill Rəsədxanasından verilən məlumata görə, təkrar təkanlar zəif olduğu üçün hiss olunmayıb. Dağıntı və tələfatın olmadığı bildirilir.

Ülviyyə


Müəllif: Teleqraf.com