İslami Müqavimət Hərəkəti (Həmas) sözçüsü Fevzi Berhum Misirin İsraillə sabah sabah keçirəcəyi müzakirələrin "Sinada yaşanan hadisələr" səbəbiylə təxirə salındığını bildirib. Teleqraf.com-un “TRT Haber”ə istinadən məlumatına görə, bununla bağlı Həmasa rəsmi xəbərdarlıq edilib.
Rəsmi məktubda Rifah Sərhəd Qapısının bağlanılması səbəbiylə Həmas heyətinin ölkəyə keçə bilməyəcəyi göstərilib. Berhum Həmasın müvafiq qərarı anlayışla qarşıladığını, müzakirələrin yeni tarixi ilə bağlı hər hansı bir məlumatın verilmədiyini dilə gətirib.
Misir tərəfi isə sözügedən mövzuya bağlı bu ana qədər hər hansı açıqlama verməyib. Eyni zamanda, Fələstin Müzakirə Heyətinin başçısı Azzam əl-Əhməd, sabaha planlaşdırılan danışıqlara qatılmaq məqsədiylə bu səhər bərabərindəki heyətlə Misirə gəlmişdi.
Şimali Sinada ötən gün 2 təhlükəsizlik nöqtəsinə təşkil edilən bombalı hücumda 30 əsgər həyatını itirmiş, 31 adam yaralanmış, prezident Əbdul Fəttah əs Sisi, bunun ardından "terror problemini kökündən həll etmək üçün" Qəzzə sərhədində möhkəm təhlükəsizlik tədbirləri görüləcəyini açıqlamışdı. Misir bu çərçivədə ikinci bir qərara qədər Rifah Sərhəd Qapısını bağlamışdı.
Nail Cəlil