26 Oktyabr 2014 22:36
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada keçirilən növbədənkənar parlament seçkilərində bir hissəsi separatçıların nəzarəti altında olan Luqansk vilayətində seçicilərin üçdəbiri səs verib. Teleqraf.com-un UNİAN-a isitnadən məlumatına görə, bu barədə vilayət seçki komissiyasından açıqlama verilib.

Luqanskda ən fəal səsvermə Belovodski rayonunda qeydə alınıb. Belə ki, 114-cü təkmandatlı dairədə saat 18.00-dək seçicilərin 39 %-i səs verib.

Ən az seçici iştirakı isə Severodonetsk şəhərində özünü göstərib. Burada seçicilərin 25 %-i(106-cı təkmandatlı dairə üzrə) səs verib.

Ukraynada ən yüksək seçici fəallığı isə Lvovda qeydə alınıb.

Bölgədə eçkilər sakit vəziyyətdə keçib, terrorçular tərəfindən hər hansı atəş qeydə alınmayıb. Lakin vilayətin bir hissəsinin separatçılar tərəfindən işğal edilməsinə görə, 5 təkmandatlı seçki dairəsi üzrə 702 məntəqədən 427-də səsvermə baş tutub.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər