Oktyabrın 26-da Kobanidə İŞİD-lə kürd silahlı qrupları arasında mövqe döyüşləri davam edib. Kürdlər İŞİD-i Kobaninin (Ayn əl Rəb) Mürşitpınar Sərhəd Məntəqəsi istiqamətində sıxışdırmağa müvəffəq olublar.
Teleqraf.com-un “TRT Haber”ə istinadən məlumatına görə, İŞİD mənsubları öz növbəsində kürd peşmərgələrini top atəşinə tutublar.
Bununla yanaşı, gün ərzində kəşfiyyat uçuşu edən ABŞ liderliyindəki koalisiya güclərinə aid döyüş təyyarələri sərhəd qapısı yaxınlığındakı İŞİD mövqelərini bombalayıblar.
İraqın Bağdad vilayətində, Ənbar yaxınlığında İŞİD-in mövqelərinin bombardıman edilməsi nəticəsində 20 terrorçu öldürülüb, 20-i yaralanıb. Polis polkovniki Şaban əl-Übeydinin verdiyi açıqlamaya görə, böyük itki verən İŞİD terrorçuları geri çəkilməli olublar.
Nail Cəlil